"Atletiko" "Milan"ın futbolçusunu 1 il sonra transfer edəcək

13:15 29 Noyabr 2016

"Atletiko" "Milan"ın yarımmüdafiəçisi Suso ilə maraqlanır.


Sportarena.az xəbər verir ki, bu barədə "As" qəzeti məlumat yayıb.


Məlumata görə, Madrid klubu 23 yaşlı futbolçunu 2018 ilin yanvarında transfer etməyə çalışacaq. Buna səbəb isə klubun həmin tarixədək transfer qadağasının olmasıdır. 

"Milan"ın Suso ilə müqaviləsi 2019-cu ilin yayında bitəcək.


Qeyd edək ki, cari mövsüm A Seriyasında 14 oyun keçirən futbolçu 5 qol vurub və 6 qol ötürməsi edib. 


Digər xəbərlər

Xəbər xətti