Prosineçki "Qarabağ"ı favorit hesab edir

17:11 29 Noyabr 2016

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu gün "Qarabağ" və "Qəbələ" komandaları arasında Premyer Liqanın XIII turu çərçivəsində keçiriləcək oyunla bağlı proqnoz verib.


O, Xorvatiyanın “Slobodna Dalmacija” portalına açıqlamasında Ağdam klubunun kiçik hesabla qalib gələcəyini bildirib.


O deyib: "Obyektiv olsaq, "Qarabağ" daha yüksək keyfiyyətli yerli oyunçulara malikdir. Bu komandanın qalib gələcəyini əvvəlcədən deyə bilərəm. Hesab? Qoy, 1:0 olsun".

 
Qeyd edək ki, "Azərsun Arena"da təşkil olunacaq qarşılaşma saat 19:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti