AFFA-dan "Qarabağ"a 6400 manatlıq cərimə

14:35 30 Noyabr 2016

AFFA İntizam Komitəsinin iclası keçirilib.
 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasının 13-turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçında baş vermiş hadisələrə görə aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 13-cü turunun “Qarabağ” - “Qəbələ” matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

 
• “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
• Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
• Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
• Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edir. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
• “Qarabağ” klubunun 2-ci qolundan sonra Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub.
• Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunur.
• Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunur.


Digər xəbərlər

Xəbər xətti