İvanoviç "Yuventus"a keçə bilər

21:07 1 Dekabr 2016

"Çelsi"nin müdafiəçisi Branislav İvanoviç "Yuventus"un maraq dairəsindədir.


Sportarena.az xəbər verir ki, Turin təmsilçisi zədələnən Dani Alveş və Leonardo Bonuççiyə elə də baha olmayan əvəz axtarır. Siyahının yuxarı pilləsində də serb futbolçu yer alır. Lakin "Çelsi"nin baş məşqçisi Antonio Konte onu buraxmaq fikrində deyil. 


Xatırladaq ki, 32 yaşlı müdafiəçinin London komandasıyla yaya qədər müqaviləsi var.


Xəbər xətti