"El- Klasiko"nu buraxacaq olan futbolçular

23:12 1 Dekabr 2016

İspaniya çempionatının XIV turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” matçı ərəfəsində hər iki komandanın heyətində ciddi itkilər var. 

8 futbolçu dekabrın 3-də “Nou Kamp” stadionunda baş tutacaq görüşdə iştirak etməyəcək.

Meydan sahiblərinin heyətində Andres İnyesta, Samuel Umtiti, Xordi Alba, Ceremi Matye, qonaqların düşərgəsində isə Qaret Beyl, Toni Kroos, Alvaro Morata və Rafael Varan “El-Klasiko”da meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, matç Bakı vaxtı ilə 19:15-də başlayacaq. 


Xəbər xətti