"Ronaldonu "Barsa"ya 17 milyon avroya transfer edə bilərdik"

01:17 2 Dekabr 2016

Şənbə günü keçiriləcək “El Klasiko” öncəsi “Barselona”nın eks-prezidenti Xoan Laporta keçmişdə olan söhbəti yada salaraq deyib ki, katalonlar “Real Madrid”in ulduzu Kriştiano Ronaldonu “Sportinq”də çıxış edən zaman transfer edə bilərdilər.

Laporta portuqaliyalı oyunçunu 2003-cü ilin yayında “Barsa”ya gətirmə şansı olduğunu söyləyib. Oyunçunun agenti Xorxe Mendeş 18 yaşlı Ronaldonu “Mançester Yunayted”ə satmamışdan əvvəl onu Laportaya təklif edib. Laporta xatırlayır:

“Barsa”ya yeni administrasiya gələn zaman, biz Ronaldinyo, Rafael Markez və Rikardo Kuarejmanı transfer etdik. Biz yeni komanda qururduq. Kriştiano “Sportinq”də oynayırdı və “MU”ya keçidə yaxın idi. Oyunçunu agenti Markez və Kuarejmanın da eyni zamanda agenti idi və bizə “məni başqa bir yaxşı oyunçum var, adı Kriştiano Ronaldodur” demişdi. Biz ona dedik ki, biz artıq onun haqda xəbərimiz var.  O bizə Ronaldonu 17 milyon avroya təklif etdi, “Mançester Yunayted”ə transfer dəyəri olan 19 milyon avrodan 2 milyon avro daha az.”

Xatırladaq ki, Kriştiano “Old Trafford”da altı mövsüm keçirdi və daha sonra 96 milyon avro dəyərində “Real Madridə” 2009-cu ildə transfer olundu. Bu, o zaman dünya rekordu idi.


Digər xəbərlər

Xəbər xətti