Zaur Svanadze: "Motivasiya yüksək deyildi"

17:55 2 Dekabr 2016

“İlk hissədə çox pis oynadıq. Fikrimcə, bu, cari mövsümdəki ən pis oyunumuz idi”.
 
Sportarena.az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 
“Bankirlər” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Qaradağ Lökbatan” üzərində böyükhesablı (5:1) qələbə qazanaraq, adlarını növbəti mərhələyə yazdırıblar.
 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Svanadzenin qələbə şərhi belə olub: “Bilmirəm, bunun səbəbi nə idi, bəlkə də, motivasiya yüksək deyildi. Ola bilər ki, I divizion komandası ilə qarşılaşdığımız üçün futbolçular belə düşünürdülər. Amma biz görüşdən əvvəl bu barədə söhbət etmişdik. Ancaq ikinci hissəni yüksək səviyyədə keçirdik, düşündüklərimizi yerinə yetirməyi bacardıq”.
 

- Sanki qarşıdakı oyun üçün taktiki gedişləri sınaqdan keçirirdiniz...
- Xeyr, bu barədə xüsusi düşünmürdük. Sadəcə, oyunun gedişi belə alınırdı. Birinci hissəni passiv keçirdik. Növbəti matçlarda da müdafiədə otursaq, yaxşı alınmayacaq.
 
- Qış təlim-məşq toplanışının planı bəlli olubmu?
- Həmişəki kimi, Türkiyəyə yollanacağıq. Bununla bağlı planımız var. Amma hələ gözləyirik.(apasport.az)


Xəbər xətti