FIFA ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqladı

18:14 3 Dekabr 2016

FIFA 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.


Sportarena.az xəbər verir ki, üçlükdə Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo, "Atletiko" və Fransa yığmasının hücumçusu Antuan Qrizman, "Barselona" və Argentina yığma komandasının hücumçusu Lionel Messinin adı yer alıb.


Qeyd edək ki, ən yaxşıların adları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək illik mərasimdə açıqlanacaq.


Digər xəbərlər

Xəbər xətti