Əliyar Ağayevdən böyük uğur: artıq Çempionlar Liqası matçlarını da idarə edəcək

00:31 6 Dekabr 2016

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti uğuruna imza atıb. 

29 yaşlı referi UEFA-nın I kateqoriyasına keçib. Bu, Azərbaycan futbolunda ilk belə haldır. I kateqoriyaya daxil olan Ağayev bununla da Çempionlar Liqasının qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb. 

Qeyd edək ki, 2013-cü ildən FİFA referisi olan Əliyar Ağayev cari mövsüm 3 dəfə Avropa Liqasının qrup oyunlarına təyinat alıb. (qol.az)


Xəbər xətti