Arda Turan tarix yazdı

13:38 7 Dekabr 2016

"Barselona"nın futbolçusu Arda Turan Türkiyə futbolunun tarixinə keçib.
 

Sportarena.az xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsində Münhenqladbax "Borussiya"sına qarşı matçda baş verib. Sözügedən oyunda 17 dəqiqəyə üç qol vuran Arda ÇL tarixində "Barselona"nın heyətində het-trik edən 6-cı futbolçu olub. Ardaya qədər bunu bacaran futbolçular Rivaldo, Ronaldinyo, Samuel Eto'O, Lionel Messi və Neymar olub.
 

Bundan əlavə, Arda Turan Tuncay Şanlı və Burak Yılmazdan sonra ÇL-də het-trik edən 3-cü türk oyunçu kimi də tarixə keçib.

Qeyd edək ki, sözügedən matç "Barselona"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti