Azərbaycan UEFA reytinqindəki yerini qorudu

16:37 7 Dekabr 2016

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin VI turunun ilk oyun günündən sonra UEFA-nın reytinq siyahısı açıqlanıb.


Sportarena.az xəbər verir ki, siyahıda yer alan 54 ölkə arasında heç biri mövqeyini dəyişdirməyib. Son 5 mövsümə 17,750 xal qazanan Azərbaycan ən yaxın izləyicisi Kipri 0,200 xal qabaqlayaraq 25-ci pillədəki yerini qoruyub.


Qeyd edək ki, siyahıya 96,570 xalla İspaniya başçılıq edir. Almaniya 75,784 xalla ikinci, İngiltərə isə 71,676 xalla üçüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti