Ardadan tarixi göstəricilər

22:45 7 Dekabr 2016

“Barselona”nın futbolçusu Arda Turan Türkiyə futbolunun tarixinə keçib.

 Çempionlar Liqasının qrup mərhələsində Münhenqladbax “Borussiya”sına qarşı oyunda (4:0) baş verib. Sözügedən matçda 17 dəqiqədə üç qol vuran Arda ÇL tarixində ən tez het-trik edən türk futbolçu olub.

Bundan başqa o, Tuncay Şanlı, Burak Yılmazdan sonra ÇL-də het-trik edən 3-cü türk oyunçu kimi də tarixə keçib.

Arda Turan həmçinin Rivaldo, Ronaldinyo, Eto’o, Messi və Neymardan sonra ÇL-da het-trik edə bilən 6-cı “Barselona” futbolçusu oldu.


Xəbər xətti