"Qəbələ" Avroliqanı xalsız tərk edir - YENİLƏNİB

23:51 8 Dekabr 2016

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.


Sportarena.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" klubu bu gün qrup mərhələsində sonuncu oyununa çıxacaq.


Komandamız Almaniyada "Maynts"ın qonağı olacaq. Bu qarşılaşma hər iki komanda üçün formal xarakter daşıyacaq. Belə ki, "Maynts" və "Qəbələ" qrupdan çıxmaq şanslarını itiriblər. 


8 dekabr
Avropa Liqasının qrup mərhələsi

 
22:00. "Maynts" (Almaniya) – "Qəbələ" 2:0

Qollar: Hak, 30 , de Blasis, 40

Baş hakim: Simon Li Evans
Yan xətt hakimləri: Qaret Uin-Cons, Lyuis Roz Edvards
Köməkçi hakimlər: Brim Markem-Cons, Nik Prett
Dördüncü hakim: Daniel Bekett (hamısı Uels)
UEFA nümayəndəsi: Ar Habixt (Estoniya)
Hakim-inspektor: İmon Nouton (İrlandiya) 
Maynts. "Maynts Arena" stadionu


Xəbər xətti