"Neftçi"də ciddi itki

13:32 8 Dekabr 2016

"Neftçi”nin "Tibbi-Bərpa Mərkəzi” komandanın zədəli futbolçuları ilə bağlı məlumat yayıb.


Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Cavid İmamverdiyev sağ ayaq baldır əzələsinin dartılması səbəbindən 10-14 gün meydanlardan kənarda qalacaq.

Digər zədəli yarımmüdafiəçi Elşən Abdullayev isə ağır zədədən sonra müalicəsini davam etdirir. Onun meydanlara nə vaxt qayıdacağı hələ ki, dəqiqləşməyib.


Digər xəbərlər

Xəbər xətti