Sportarena.az
23 Fevral 2017

Rəşad Sadıqov: "Ürəyimdə bir söz var idi..."

12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasındakı təmsilçimiz "Qarabağ" qrup mərhələsinin son turunda öz meydanında "Fiorentina"ya məğlub olub (1:2).

Matçdan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov əməkdaşımızın suallarını cavablandırıb:

“Təəssüflər olsun ki, qapımıza gedən istənilən zərbə qol olur. Elə qollar buraxırıq ki,.. Belə oyunlarda bu cür qollar buraxmaq bağışlanmazdı. 60-cı dəqiqədə qapımıza zərbə oldu, o da qolla nəticələndi. Rəqib hücum etməkdə çətinlik çəkirdi. Hesabı bərabərləşdirsək də, ani vəziyyətdə qol buraxdıq. Nə bilim... Çox danışılacaq bir şey yoxdu”.

- İkinci qol epiozodunda top sizə dəyib meydanı tərk etməsə də, hakim küncdən zərbə təyin etdi.

- Əminliklə deyə bilərəm ki, top məndən çıxmamışdı. Həmin epizodda mənim ayağıma top dəyməmişdi. Top rəqib futbolçudan çıxsa da, hakim küncdən zərbə təyin etdi. Hakimlik haqda danışmaq istəmirəm.

- İlk qolda Sehiçin səhvi olduğunu düşünmürsüz?

- İlk qolda hər birimizin səhvi var idi. O mövqedən zərbə vurulmasına imkan verməməli idik. Zərbə olubsa da, qarşısında durmaq lazımdı. Hər birimiz bir yerdə qalib gəlmişik, məğlub olmuşuq. Kiminsə adını çəkmək istəmirəm. Dediyim kimi, qapımıza vurulan istənilən zərbə qol olur. Ya qismət belədi, ya da nəyisə düz etmirik. Nəticə çıxarmaq lazımdı.

- Zədəli ola-ola oynadız. Hazırkı durumunz necədir?

- Zədə haqda danışmaq istəmirəm. Şükürlər olsun ki, oyunu sona qədər davam etdirə bildim.

- Bir epizodda rəqib futbolçu Matias Vesino ilə mübahisən düşdü. Orda nə baş vermişdi?

- Ona bir kəlmə dedim. Həmin sözü burda demək istəmirəm. Ürəyimdə bir söz var idi, Vesinoya və başqa 3-4 nəfərə dedim.

 

- İki il öncə demişdiz ki, mənim üçün son şanslardan biridi...

- İki il öncə düşünməzdim ki, son turda belə bir şans əlimizə düşəcək və yararlana bilməyəcəyik. Hər il fürsətlərdən yararlana bilmirik. Sona qədər cəhd edəcəyik. Ola bilər ki, yenə belə bir şans əlimizə düşəcək.

 

Tarix
09.12.16 [00:11]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

23 Fevral
22 Fevral 

Facebook

Sorğu

Hansı futbolçumuz daha yaxşı legioner həyatı yaşayır?
 Kamran Ağayev
 Emin Mahmudov
 Eddi İsrafilov
 Dmitri Nazarov
 Deniz Yılmaz
 Tuğrul Erat

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio