Cüdo üzrə Azərbaycan birinciliyinə start verildi

13:43 9 Dekabr 2016

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. 


Sportarena.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparır. Çempionatın ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər.


Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 2017-ci ildə Çilidə keçiriləcək dünya çempionatı, Litvada Avropa birinciliyi və Macarıstanda baş tutacaq yeniyetmələrin olimpiya festivalında iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti