"Traktor Sazi" liderliyə yüksəldi

23:57 9 Dekabr 2016

İran çempionatında 13-cü tura start verilib.


Sportarena.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu bu gün növbəti oyununu keçirib. Komanda səfərdə "Esteqlal"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq liderliyə yüksəlib.


Təbrizin digər təmsilçisi "Maşın Sazi" doğma meydanda "Zob Ahan"a 1:2 hesabı ilə uduzub. Komanda 6 xalla son pillədə qərarlaşıb.


"Qostareş" isə səfərdə "Naft Tehran"la bərabərə qalıb - 1:1. Təbriz klubu 12-ci pillədə yer alıb.


Xəbər xətti