Budapeştdə güləş üzrə dünya çempionatı start götürüb

12:36 10 Dekabr 2016

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə qeyri-Olimpiya çəki dərəcələrində dünya çempionatı start götürüb.


Sportarena.az xəbər verir ki, çempionatda ölkəmizin sərbəst, qadın və yunan-Roma pəhləvanları hər növdə 2 idmançı ilə iştirak edir.


Sərbəst güləş yarışlarında ölkəmizi baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun başçılığı altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) təmsil edir.


Yunan-Roma güləşi üzrə pəhləvanlarımız Budapeştdə baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında yarışır. Heyətdə Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yer alıb.


Qadın güləşi yarışlarında baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparır.


Hakimlər briqadasında Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev ölkəmizi təmsil edir.


İlk yarış günündə sərbəst güləşdə 61, qadın güləşində 55, yunan-Roma güləşində isə 71 kiloqram çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dekabrın 11-də isə sərbəst güləşdə 70, qadın güləşində 60, yunan-Roma güləşində isə 80 kiloqram çəkidə idmançılar mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti