Kamran Ağayev və Emin Mahmudovun "Boavişta"da növbəti sınağı

16:19 10 Dekabr 2016

Portuqaliya çempionatında XIII turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu bu gün növbəti oyununu keçirəcək.
 

Komanda doğma meydanda "Gimaraynş"ı qəbul edəcək. Bakı vaxtı ilə saat 00:30-da start götürəcək matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

 
Qeyd edək ki, aktivində 13 xal olan "Boavişta" 14-cü pillədə qərarlaşıb.


Xəbər xətti