Qurbanovlu "Qarabağ"ın antirekordu

Sportarena.az      10 Dekabr 2018, 21:53

2016/17 mövsümü “Qarabağ” üçün uğursuz alınıb.


Sportarena.az  xəbər verir ki, Ağdam klubu avrokubok mövsümünü topların mənfi fərqi ilə başa vurub.


Bu isə son 10 ildə görünməyən haldır. Son illər qitə miqyaslı turnirlərdə ölkəmizin ən yaxşı təmsilçisi olan “Qarabağ” cari mövsümdə 14 qol vurub, 15-ni buraxıb.


Təsnifat mərhələlərində Çempionlar Liqasını ümumi hesabda 4:2, Avropa Liqasını iki matçın cəmində 3:1 hesabı ilə yekunlaşdıran əyalət təmsilçisi qrupda bu üstünlüyü əldən verib. Bu mərhələdə 7 top vurub, 12-ni buraxan komanda avrokubok mövsümünü də mənfi saldo ilə bitirdi.

 

Təmsilçimizin sonuncu belə uğursuzluğu 2006/07 mövsümündə qeydə alınmışdı. Moldova “Zimbru”suna iki oyunun cəmində 2:3 hesabı ilə uduzan “Qarabağ”ı həmin vaxt Böyükağa Ağayev çalışdırırdı.

 

Bu isə o deməkdi ki, Qurban Qurbanovun baş məşqçi təyin olunduğu 2008-ci ildən sonra da belə hal yaşanmayıb. 2009/10, 2010/11, 2011/12 və 2013/14 mövsümlərində Avropa Liqasında çıxış edən Ağdam komandası sonrakı iki ildə də buraxdığından az qol vurmamışdı. 2014/15 və 2015/16 mövsümlərində isə indiki kimi Çempionlar Liqasında mübarizəyə başlayan təmsilçimiz Avropa Liqasında qrupadək irəliləyib.(apasport.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin