Kamranla Emin oynadı, "Boavişta" məğlub oldu

10:33 11 Dekabr 2016

Millimizin futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" klubu Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib.
 

Sportarena.az xəbər ki, komanda doğma azarkeşləri önündə "Gimaraynş"ı qəbul edib. Matç qonaq komandanın 1:2 hesablı qələbəsi ilə başa çatıb. 

 

Millimizin qolkiperi Kamran Ağayev sözügedən matçın start heyətində yer alıb. Emin Mahmudov isə 70-ci dəqiqədə Karassanın əvəzinə meydana daxil olub və sonadək oynayıb.
 

Qeyd edək ki, Premyer Liqada geridə qalan 13 tur ərzində 13 xal toplayan "Boavişta" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti