PFL 2 oyunun vaxtını dəyişdi

15:35 12 Dekabr 2016

“Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klubları Peşəkar Futbol Liqasına müraciət ediblər. 


Sportarena.az xəbər verir ki, komandalar Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları ilə  Topaz Premyer Liqasının XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətirərək,  “Sumqayıt” – “Zirə” və “Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər. Bütün bunları nəzərə alan PFL XIV turun  “Sumqayıt” – “Zirə”, “Neftçi” – AZAL görüşünün 17 dekabrda oynanılmasına razılıq verib. Beləliklə, XIV turun bütün görüşləri eyni gündə, yəni 17 dekabrda reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti