Ronaldo "Qızıl top"un təqdimat mərasimində iştirak etməyəcək

18:15 12 Dekabr 2016

Madrid Realının forvardı Kriştiano Ronaldo bu gün Parisdə keçiriləcək "Qızıl top" mükafatının təqdimat mərasiminə qatılmayacaq. 

31 yaşlı futbolçu komandasıyla klublararası dünya çempionatında iştirak üçün Tokioya yollanıb.
Məlumata görə mükafat məhz Ronaldoya verilməlidir. O , artıq cümə axşamı Madriddə fotosesiya edib və mərasimə skaypla qatılmalıdır.


Qeyd edək ki, mərasim Bakı vaxtilə saat 23-00-da başlayacaq. Mükafata Antuan Qrizman və Lionel Messi də iddialıdır.


Digər xəbərlər

Xəbər xətti