"Kəpəz" - "Qəbələ" matçının məkanı dəyişdi

14:57 14 Dekabr 2016

Peşəkar Futbol Liqası “Kəpəz” - “Qəbələ” matçının məkanını dəyişib.


Sportarena.az xəbər verir ki, qurumun bununla bağlı yaydığı açıqlamada bildirilir ki, “Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edərək Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə, ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və XIV turun oyununun yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən Peşəkar Futbol Liqası “Kəpəz” - “Qəbələ” matçının 17 dekabrda Gəncədə deyil, Qəbələ keçirilməsinə qərar verib.


XIV turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilib.


Xəbər xətti