"Arsenal" Almaniya millisinin üzvünü transfer etməyə hazırlaşır

22:17 14 Dekabr 2016

"Arsenal" "Volfsburq"un futbolçusu Yuliyan Drakslerlə danışıqlara başlayıb.


Sportarena.az xəbər verir ki, "topçular" qış transfer dönəmində futbolçuya 35 milyon avroluq təklif göndərəcək. Məlumata görə, futbolçunun "Arsenal"a transferi Məsut Özilin vasitəçiliyi ilə həyata keçiriləcək. 

Bundan əlavə, Fransanın PSJ klubu da futbolçunu heyətinə qatmaqda israrlıdır. Belə ki, onlar gələn ilin yanvar ayında Almaniya klubuna 30 milyon avroluq təklif göndərəcəklər. 


Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi "Volfsburq" forması ilə Bundesliqada 23 oyuna çıxıb və 6 qol vurub.


Xəbər xətti