Ramil Şeydayevin komandası 1 xal qazandı

22:43 14 Dekabr 2016

Türkiyə kubokunda qrup mərhələsinin II turunun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu sözügedən tur çərçivəsində "Konyaspor"la qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb. 


22 yaşlı hücumçumuzun adı matçın iştirak ərizəsinə daxil edilməyib. 

 
Qeyd edək ki, mövsümün əvvəlində "Zenit"dən transfer olunan Şeydayev "Trabzonspor"un heyətində cəmi 3 rəsmi matçda iştirak edib. 


Digər xəbərlər

Xəbər xətti