"Sumqayıt" Türkyədə 3 yoxlama oyunu keçirəcək

14:58 15 Dekabr 2016

“Sumqayıt” futbol klubunun qış hazırlıq planı müəyyənləşib.


Sportarena.az xəbər verir ki, komanda ötən qış fasiləsində olduğu kimi Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq.


Komanda yanvarın 10-dan 20-dək Antalyada təlim-məşq toplanışında olacaq. Plana görə, “Sumqayıt” 3 yoxlama oyununda gücünü sınayacaq.


Toplanışa yollanacaq heyət hələ məlum deyil.


Digər xəbərlər

Xəbər xətti