İdmançımız ermənini məğlub edib dünya çempionu oldu

17:43 15 Dekabr 2016

Kiprin Limassol şəhərində kadetlər arasında sambo üzrə dünya birinciliyi davam edir.


Sportarena.az xəbər verir ki, 21 ölkədən samboçuların mübarizə apardığı yarışda Azərbaycan millisi iki medal qazanıb.

Birincilikdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan Hacəli Qasımov finaladək inamla irəliləyib. Qızıl medal uğrunda idmançımız Ermənistan samboçusundan üstün olub və dünya çempionu olub.

Digər medalı isə yığmamıza Vilayət Bayramov (55 kq) qazandırıb. Samboçumuz yarışı üçüncü pillədə başa vurub.(Azərtac)


Xəbər xətti