Messiyə fantastik təklif

12:15 16 Dekabr 2016

Çinin "Hebey Çayn Fortun" klubu "Barcelona"nın hücumçusu Lionel Messini transfer etmək istəyir.


Sportarena.az xəbər verir ki, Çin klubu futbolçuya astronomik məbləğ təklif edib. Belə ki, klub futbolçuya  vergiləri çıxdıqdan sonra ildə 100 milyon avro ödəməyə hazır olduğunu bildirib.


Qeyd edək ki, "Hebey Çayn Fortun"un əsası 2010-cu ildə qoyulub. Komandanı hazırda Manuel Pelleqrini çalışdırır.


Digər xəbərlər

Xəbər xətti