"Qalatasaray" Moskva klubunun futbolçusundan imtina etdi

23:31 16 Dekabr 2016

"Qalatasaray" Moskva "Spartak"ının futbolçusu Salvatore Bokketinin  transferindən imtina edib.

Buna səbəb "Cim-Bom"la Rusiya klubu arasında təzminat qiymətində razılıq əldə olunmamağıdır. 

"Spartak" müqaviləsi bu mövsümün sonu başa çatacaq 30 yaşlı oyunçu üçün 3.5 milyon  avro təzminat istəyib. Bu qiymətlə razılaşmayan "Qalatasaray" S.Bokkettini transfer etmək fikrindən daşınıb.


Digər xəbərlər

Xəbər xətti