Avropa klubları FİFA-ya etiraz edir

23:51 16 Dekabr 2016

Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Şurasının iclası keçirilib. Qurum dünya çempionatının final mərhələsindəki komandaların sayının artırılması məsələsini müzakirə edib.

FİFA-nın prezidenti Canni İnfantinonun iştirakçı sayını 32-dən 48-ə çatdırmaq ideyası ECA tərəfindən narazılıqla qarşılanıb. Qurum İnfantinoya rəsmi müraciət edərək, məktubda bu rəqəmin artırılmasından narahatçılıq ifadə edib.

ECA ilin futbol təqviminin onsuz da sıx olduğunu, yığma üzvlərinin indi də çətinliklə üzləşdiyini önə çəkib. Bununla da Avropa klubları 2026-cı ildən tətbiq olunması gözlənilən ideyaya sərt etirazını bildirib.


Digər xəbərlər

Xəbər xətti