Qurban Qurbanov: "Orxan Sadıqlının inamlı oyunu qol vura bilməməyimizə səbəb oldu"

19:09 17 Dekabr 2016

"Maraqlı oyun oldu. İkinci hissəni xüsusi vurğulayardım. Bu komandaya qarşı həmişə oynamaq çətin olur. Yüz faizlik qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Narazı deyiləm, futbolçularıma təşəkkür edirəm".


Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.


Ağdam klubunun çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:
"Qələbə qazana bilməməyimizdə səbəb axtarmaq düzgün deyil. İlk hissədə ötürmələrdə dəqiqlik yox idi. Bir az diqqətli olsaydılar qol vura bilərdilər. Orxan Sadıqlının da inamlı oyunu qol vura bilməməyimizə səbəb oldu".


Qurbanov sonda bitməkdə olan 2016-cı ili dəyərləndirib:
"2016-ci ili pis dəyərləndirməzdim. Xeyli sayda uğurlarımız oldu. Sadəcə çatışmayan şey qrupdan çıxa bilməməyimiz oldu. Komandam il boyu yaxşı performans göstərdi. Ümumilikdə də futbolçulardan razı qaldım. Təkcə qrupdan çıxa bilməməyimiz xaric il uğurlu alındı deyə bilərik".


Xəbər xətti