Zlatan İbrahmioviç fantastik təklifi rədd etdi

18:32 18 Dekabr 2016

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç fantastik təklifdən imtina edib.


Sportarena.az xəbər verir ki, çinlilər İbraya illik 143 milyon avroluq əmək haqqı təklif ediblər. Ancaq isveçli ulduz bu təklifi dəyərləndirmək istəməyib. 


Qeyd edək ki, 35 yaşlı fovardın daha 1 il "Mançester Yunayted"də qalacağı dəqiqdir. 


"Qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyonun verdiyi məlumata görə, təcrübəli futbolçu tezliklə yeni müqavilə imzalayacaq.


Xəbər xətti