"Tottenhem" onun üçün 100 milyon istəyir

22:44 19 Dekabr 2016

Uzun müddətdir "Real" Madrid və PSJ kimi futbol klublarının maraq dairəsində olan "Tottenhem"in yarımmüdafiəçisi Dele Alli ilə klub rəhbərliyi yollarını ayırmaq niyyətində deyil. Ən azı ona görə tələb olunan məbləğ bunu deməyə əsas verir. İngiltərəli futbolçunu heyətində görmək istəyən az, nə çox düz 100 milyon funt sterlinqindən keçməlidir.

Xatırladaq ki, Dele Alli İngiltərə çempionatında bu mövsümdə keçirdiyi 16 oyuna 4 dəfə fərqlənib və 3 məhsuldar ötürmə edib.
Komanda tarixində ən bahalı keçid isə 2013-cü ildə Qaret Beylin Real Madridə 85.3 milyon funt sterlinqə transferi olub.
 


Xəbər xətti