"Sumqayıt" iki futbolçu ilə yollarını ayırdı

11:59 20 Dekabr 2016

“Qarabağ”la sabahkı ölkə kuboku matçından sonra istirahətə buraxılacaq “Sumqayıt”da “təmizləmə işləri”nə başlanılıb. 


Sportarena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi artıq iki futbolçusu ilə yollarını ayırıb.
 

Bu barədə məlumatı klubun baş məşqçisi Samir Abasov verib. O bildirib ki, yayda İrandan gətirilən Afşin İsmailzadə və İbrahim Abednejadla rəsmən vidalaşıblar: “Hər iki oyunçu ilə bağlı problem yaşamadıq. Söhbətimiz qısa çəkdi və onları yola saldıq”.

 
Qeyd edək ki, Afşin İsmailzadə ilk iki dövrədə Topaz Premyer Liqasında 10, İbrahim Abednejad isə 5 matçda “Sumqayıt”ın formasını geyinib.(apasport)


Digər xəbərlər

Xəbər xətti