"Barselona"dan Messinin müqaviləsi ilə bağlı açıqlama

23:10 20 Dekabr 2016

“Barselona” futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə danışıqlara başlamaları barədə xəbərlərə münasibət bildirib.

Klubun vitse-prezidenti Jordu Mestre bildirib ki, argentinalı hücumçu ilə hələ danışıqlara başlamayıblar:

“Bu, ancaq 2017-ci ilin ilk 3 ayında gerçəkləşə bilər”.

Qeyd edək ki, bundan əvvəl L.Messinin meneceri olan atası Xorxe Messinin “Barsa” ilə yeni müqavilə ilə bağlı müzakirələr üçün Barselonaya getdiyi iddia edilirdi.


Xəbər xətti