"Real"ın cəzası yüngülləşdirildi

23:31 20 Dekabr 2016

FİFA-nın “Real”a tətbiq etdiyi transfer qadağasına yenidən baxılıb.

Məsələyə baxan Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CAS) Madrid klubunun cəzasını yüngülləşdirib. CAS FİFA-nın kəsdiyi iki növsümlük transfer qadağasının birini ləğv edib. İspaniya klubu artıq cari mövsümün sonunda yəni yay transfer pəncərəsində heyətini gücləndirə biləcək.

Qeyd edək ki, 18 yaşadək futbolçuların transferində  yol verdikləri qayda pozuntusuna görə Madridin “Real” və “Atletiko” klublarına bu ilin sentyabrında  FİFA tərəfindən transfer qadağası qoyulmuşdu. Daha öncə isə digər İspaniya nəhəngi “Barselona” eyni cəza ilə üzləşmişdi.


Digər xəbərlər

Xəbər xətti