Prosineçkinin kirayə qaldığı evin sahibi borcunu istəyir

01:15 21 Dekabr 2016

Serbiyanın “Srvena Zvezda” klubunun bank hesabları bağlanılıb.

Buna millimizin baş məşqçisi Robert Prosineçkinin  “Srvena Zvezda”nı çalışdırdığı dövrdə Belqradda qaldığı evin kirayə haqqının klub tərəfindən ödənilməməyi səbəb olub.

R.Prosineçki həmin evdə 2011-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək yaşayıb. Bu müddətdə evin kirayə haqqı üst-üstə 37 min avro təşkil edib.

Klubun maliyyə direktoru Stefan Pantoviç məlumatı təsdiqləyib. O bildirib ki, Prosineçkinin vaxtilə yaşadığı evin sahibinə olan borc qısa zamanda ödəniləcək:

“Mətbuatda yayılan bizim üçün yeni və təəccüblü xəbər deyil. Bu, iqtisadi durumumuzla bağlıdır. 2 il əvvəl 100 məhkəmə işimiz var idi. İndi isə 20 belə işimiz qalıb”.

Qeyd edək ki, R. Prosineçki 2010-2012-ci illər ərzində “Srvena Zvezda”nın baş məşqçisi olub.(Offside.com.az)


Xəbər xətti