"Şapkoense" təyyarəsinin qəzaya uğramasının günahkarı tapıldı

16:14 21 Dekabr 2016

Boliviyanın dövlət komissiyası noyabrın 29-da baş verən təyyarə qəzası ilə bağlı aparılan bütün araşdırmaları yekunlaşdırıb.


Sportarena.az xəbər verir ki, yekun qərara görə, qəzanın baş verməsində günahkar şəxs hava gəmisinin pilotu Migel Kiroqo olub.


Məlumata görə, pilot planlaşdırılan marşrutdan kənara çıxıb. Məhz buna görə də təyyarədə yanacaq qurtarıb.


Araşdırmalardan sonra məlum olub ki, Migel bu cür uçuşları həyata keçirmək üçün tələb olunan göstəricilərə də sahib olmayıb.


Qeyd edək ki, qəzaya uğrayan təyyarə Braziliyanın “Şapekoense” klubunu Kolumbiyaya aparan zaman Medelyin şəhərində qəzaya uğramışdı, qəza nəticəsində 77 nəfər dünyasını dəyişmişdi.


Digər xəbərlər

Xəbər xətti