Roman Qriqorçuk: "Futbolçu tapmaqda çətinlik çəkirik"

21:47 21 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə AZAL-ı 1:0 hesabıyla məğlub edərək yarımfinala yüksələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis oyunla bağlı bunları deyib:
 
- İlin son oyunu idi. Ümumilikdə ili komandam üçün uğurlu sayıram. Yaxşı nəticələr qazandıq. Hamınızı yeni il münasibətilə təbrik edirəm.
 
- Növbəti mərhələdə rəqibiniz “İnter”di. Bu komandanı məğlub etmək elə də asan deyil...
- Bununla bağlı danışmaq hələ tezdi. “İnter” yox, başqa komandayla düşsəydik belə asan olmayacaqdı. Yarımfinalda zəif rəqib yoxdu.
 
- Komandanın qış planı necədi?
- Bunun üzərində işləyirik. Ancaq konkret bir şey yoxdu. Komandada dəyişikliklər olacaq. Oyunçu tapmaqda çətinlik çəkirik.
 
- Oyunda qolu yerli futbolçu vurdu. Matçda sonradan iki gənc oyunçuya şans verdiz. Gələcəkdə yerli gənclərə şans verməyi düşünürsüz?
- Bütün gənclərimizin şansı var. Mən özüm də istəyirəm ki, onlar şans qazansınlar. Biz bunun üzərində işləyirik. Gənclər də elədi ki, onlar stabil qalmırlar. Qarşıdan təlim-məşq toplanışı gəlir. Bu təlim-məşq toplanışında çoxlu gənclərə şans verəcəyik. (Futbol11.az)


Digər xəbərlər

Xəbər xətti