AFFA "Kəpəz", "Neftçi" və "Qəbələ"ni cəzalandırdı

13:14 22 Dekabr 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.


Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqanın 14-cü turunda və ölkə kubokunun 1/4 finalının cavab oyununda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.


Azərbaycan  Premyer Liqasının XIV turunun “Qəbələ” – “Kəpəz” matçının 82-ci dəqiqəsində “Kəpəz” klubunun  futbolçusu Renan Da Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Zirə” – “Neftçi” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.


Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan AZAL – “Qəbələ” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti