Messi də Çinə gedəcək?

18:38 22 Dekabr 2016

"Barselona"nın forvardı Lionel Messi karyerasını Çində davam etdirə bilər.


Sportarena.az xəbər verir ki, argentinalı yaxın dostuna bu barədə məlumat verib. Onun sözlərinə görə, "Barselona" Messinin tələblərini yerinə yetirməsə Çində oynayacaq. Bu barədə məlumatı "Estudio Estadio" yayıb.


"El Mundo Deportivo"nun versiyasına görə isə Messi bunu Sesk Fabreqasa söyləyib.


Bir müddət əvvəl verilən məlumata görə, Çinin "Xebey Çayna Forçun" komandası argentinalıya ildə 100 milyon avro ödəməyə hazırdır.


Digər xəbərlər

Xəbər xətti