Samir Nəsri "Sevilya" ilə yeni müqavilə imzalaya bilər

18:52 22 Dekabr 2016

İcarə əsasında "Sevilya"da oynayan "Mançester Siti"nin futbolçusu futbolçusu Samir Nəsri İspaniya klubu ilə yeni müqavilə imzalayacağı gözlənilir.


Sportarena.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, "Sevilya" 29 yaşlı futbolçunu 25 milyona transfer edə bilər.


Xatırladaq ki, Nəsri bu mövsüm La liqanın 10 oyununda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti