Kuarejma daha 2 il "Beşiktaş"da oynayacaq

14:59 23 Dekabr 2016

"Beşiktaş" aparıcı futbolçusu Rikardo Kuarejma ilə yeni müqavilə imzalayacaq. 


Sportarena.az xəbər verir ki, Portuqaliya millisinin üzvü yeni müqavilənin şərtlərinə görə, daha 2 il "qara qartallar"ın uğurları üçün çalışacaq.


Bu barədə məlumatı İstanbul nəhənginin mətbuat xidmətinin rəhbəri Mətin Albayrak yerli mətbuata açıqlamasında verib. Klub rəsmisi bildirib ki, yeni il fasiləsindən sonra təcrübəli futbolçu yeni müqaviləyə imza çəkəcək. 


Qeyd edək ki, 33 yaşlı hücumçu ötən ildən "Beşiktaş"ın uğurları üçün çalışır.


Xəbər xətti