Çin klubundan Arda Turana fantastik təklif

12:57 24 Dekabr 2016

Çinin son çempionu "Quançjou Everqrand" heyətini daha bir ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.
 

Sportarena.az xəbər verir ki, komanda "Barselona"nın yarımmmüdafiəçisi Arda Turanı transfer etmək niyyətindədir. Məlumata görə, Asiya təmsilçisi 3 mövsüm üçün türkiyəliyə 50 milyon avro ödəməyə hazırdı.


Yaxın günlərdə agent vasitəsi ilə təklifin Ardaya ediləcəyi, razı olacağı halda klubla danışıqlara başlanılacağı deyilir.
 


Digər xəbərlər

Xəbər xətti