AZAL 6 futbolçu ilə yollarını ayırdı

16:31 24 Dekabr 2016

Dekabrın 21-dən etibarən qış fasiləsinə yollanan AZAL 6 futbolçusu ilə yolları ayırıb.


Sportarena.az xəbər verir ki, dünən baş məşqçi Tərlan Əhmədov heyətdən çıxarmaq istədiyi oyunçuların siyahısını klub rəhbərliyinə təqdim edib.


Bunlar Brayan Fok, Adan Koronado, Mirzaga Hüseynpur, David Canelidze, Taqim Novruzov və Qvanzav Maqomedovdur.


Qeyd edək ki, Adan Koronadonun gedişi heç də baş məşqçinin qərarı ilə baglı deyil. Yəni, Əhmədov onun getməsində maraqlı olmayıb. Sadəcə, amerikalı yarımmüdafiəçi ailə vəziyyətini əsas tutaraq evə dönmək istəyini bildirib və onunla müqavilənin qarşılıqlı şəkildə pozulmasını xahiş edib. Qvanzav Maqomedov isə meneceri vasitəsi ilə başqa klublardan təkliflər aldıgını bidirdiyindən transferə çıxarılıb.       


Digər xəbərlər

Xəbər xətti