Ramil Şeydayevə türk klubundan təklif

17:09 24 Dekabr 2016

"Trabzonspor” qış transfer dönəmində millimizin hücumçusu Ramil Şeydayevi icarəyə verə bilər.


Sportarena.az xəbər verir ki, bu haqda “Fanatik” qəzeti məlumat yayıb.


Bildirilib ki, “Samsunspor” Ramil Şeydayevi “Trabzonspor”dan icarəyə götürmək istəyir. Mövsümün əvvəli Trabzon təmsilçisinə transfer edilən, amma heyətə düşməkdə çətinlik çəkən Şeydayevin oyun təcrübəsini itirməmək üçün birinci liqa təmsilçisi “Samsunspor”a icarəyə verilməsinə “Trabzonspor” tərəfi də müsbət yanaşır.


Qeyd edək ki, hazırda “Samsunspor” 1-ci liqada 18 komanda arasında 17-ci yeri tutur.


Digər xəbərlər

Xəbər xətti