Fransa klubunun sahibi dəyişir

23:59 24 Dekabr 2016

Fransanın “Lille” klubu sahibini dəyişə bilər.


Sportarena.az  xəbər verir ki, “itlər”i biznesmen Jerar Lopes almaq istəyir.


Bu barədə klubdan açıqlama verilib. Lopes əvvəllər Formula 1-də iştirak edən “Lotus” klubunun sahibi olub.


Bildirilib ki, artıq tərəflər arasında ilkin saziş imzalanıb. Danışıqların 2017-ci il yanvarın 20-nə qədər yekunlaşacağı və rəsmi müqavilənin bağlanacağı gözlənilir.


Xəbər xətti