"Qəbələ"nin bütün rəqibləri müəyyənləşdi

11:36 26 Dekabr 2016

Mövsümün qalan hissəsinə Türkiyədə hazırlaşacaq "Qəbələ"nin bütün rəqibləri bəlli olub.
 

"Qırmızı-qaralar"ın ilk yoxlama oyunu yanvarın 13-ü Albaniyanın "Partizani" klubu ilə olacaq.


Bundan əlavə, "Qəbələ" yanvarın 18-də Rumıniyanın "Qaz-Metan", 24-də isə Makedoniyanın "Şkendiya" klublarıyla oyunda qüvvəsini sınayacaq.
 

Xatırladaq ki, "Şkendiya" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. Bakıda keçirilən oyun qolsuz bərabərə başa çatmışdı. "Şkendiya" evdə 1:0 hesablı qələbə qazanaraq bakılıları mübarizədən kənarlaşdırmışdı.


Digər xəbərlər

Xəbər xətti