"Qəbələ"nin üç rəqibi müəyyənləşdi

22:20 26 Dekabr 2016

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. 

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  Roman Qriqorçukun komandası yanvarın 9-dan 25-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.

“Qırmızı-qaralar” toplanış zamanı 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. 

Artıq bu qarşılaşmalardan üçündəki sınaqçı rəqiblər və oyunların tarixi bəllidir. Yanvarın 13-də komanda Albaniyanın “Partizani” klubu ilə görüşəcək. “Qəbələ” 5 gün sonra Rumıniya təmsilçisi “Qaz Metan”la üz-üzə gələcək.  Komanda ayın 23-də Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti